Menu

Bakıdakı “Çinarlı” restoranında yararsız qidalar aşkarlandı

30.06.2014, 14:18
Bakıdakı “Çinarlı” restoranında yararsız qidalar aşkarlandı

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Bakıda (Nəsimi rayonu, Xan Şuşinski, 9) fiziki şəxs Həsənov Yaşar Şahbaz oğluna məxsus “Çinarlı” restoranında yoxlama aparıb.

Məlum olub ki, restoranda bir neçə gün qabaqcadan hazırlanmış qazan yeməkləri yenidən qızdırılaraq müştərilərə təqdim edilir. Müəssisədə hazırlanan lüləkababdan nümunə götürülərək Təcrübə-Sınaq Mərkəzinin (AzTest) sınaq laboratoriyasına təqdim edilib. Götürülmüş nümunənin müayinəsi nəticəsində kababın tərkibində ümumi mikroorqanizmlərin və bağırsaq çöpü qrupundan olan mikroorqanizmlərin sayının normadan kifayət qədər fərqləndiyi bilinib.

Müəssisədə yeməklərin hazırlanması zamanı hər hansı təsdiq edilmiş resepturadan istifadə olunmadığı, soyuducularda ərzaq məhsullarının saxlanılması zamanı mal qonşuluğuna riayət edilmədiyi, istismar olunan ölçmə vasitələrinin dövlət yoxlanışından keçirilmədiyi aşkarlanıb.

Bundan başqa müəssisədə realizasiyası həyata keçirilən müxtəlif növ alkoqollu və alkoqolsuz içkilərin, məhsul istehsalında istifadə edilən xamalların gigiyenik və uyğunluq sertifikatları, istifadə olunan heyvan ətinin baytarlıq müayinəsindən keçirildiyini təsdiq edən sənəd, hazırlanan yeməklərin sınaqlarının aparılması ilə bağlı müayinə protokolları, işçilərin tibbi müayinədən keçdiyini təsdiq edən sənəd yoxlamaya təqdim edilməyib.

Aşkar edilən bu və digər nöqsanlarla bağlı restoran rəhbərinə inzibati protokol tərtib edilib, standartların tələblərinə uyğun gəlməyən məhsulların hazırlanması və satışı qadağan olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol