Menu

Ukrayna böhranı üzrə beynəlxalq əlaqə qrupu yaradılır

30.06.2014, 14:34
Ukrayna böhranı üzrə beynəlxalq əlaqə qrupu yaradılır

ATƏT Parlament Assambleyasının Siyasi-Təhlükəsizlik üzrə Komitəsində Rusiya nümayəndə heyətinin təklifi ilə Ukrayna üzrə beynəlxalq əlaqə qrupunun yaradılması təklifi qəbul olunub.

Bu qrupun əsas məqsədi Ukrayna böhranından çıxış yollarını axtarmaq olacaq.

Bundan əvvəl, Dövlət Dumasının beynəlxalq məsələlər üzrə təmsilçisi Aleksey Puşkov İnterfaksa deyib ki, təklif demək olar ki bütün sessiya iştirakçıları, o cümlədən Ukrayna tərəfindən dəstəklənib.

Rusiya Dövlət Dumasının rəhbəri Sergey Narışkinin təklifi ilə qrupun tərkibinə böhranın həllində maraqlı olan əsas ölkələrin nümayəndələrindən ibarət 10 nəfərin daxil olması istənilir.

Bu sənəd, iyulun 2-də Bakıda qəbul ediləcək Komitə Qətnamələrinin daxil olacağı Bakı Bəyannaməsinin tərkibinə adidir.

ATƏT PA-nın Demokratiya, İnsan haqları və Humanitar məsələlər üzrə Ümumi Komitəsində Rusiya nümayəndələri ATƏT-in qərarlarının qəbulu zamanı konsensusun azaldılmasını ifadə edən düzəlişlərə qarşı çıxıb.

Azərbaycan, Ermənistan, Belarus və Yunanıstan nümayəndələri dəstəklədiyi 30-cu dəyişiklik Rusiyanın qərarlara veto qoymaq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutur.

Portuqaliya nümayəndə heyətinin üzvü və İnsan Haqları Komitəsinin rəhbəri İsabel Santos konsensusun azaldılması ilə bağlı məsələnin layihədən çıxarılmasını dəstəkləməyib və qərarların qəbulu zamanı konsensusun əsas alətlərdən biri olduğunu xatırladıb.

“İnsan hüquqlarının qorunmasında, insan hüquqları ilə bağlı baş verən kopud qanun pozuntularının monitorinqi ilə bağlı qərarların qəbulunda konsensusun əhəmiyəti mühümdür”, xanım Santos əlavə edib.

"Helsinki+ 40: məqsəd- Hər kəsin təhlükəsizliyi" Qətnaməsinə düzəliş səsverməyə çıxarılaraq qəbul olunmayıb.

Azərbaycanda ATƏT Parlament Assambleyası iyunun 29-da başlayıb. Yekun sənəd- Bakı Bəyannaməsi iyulun 2-də qəbul ediləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol