Suriyanın Hələb şəhərinin Ətarib mahalına təşkil edilən aviazərbələr nəticəsində 43 dinc sakin həlak olub.
Axar.az xəbər verir ki, bazar ərazisinə endirilən 3 hava zərbəsi zamanı 50 nəfər də müxtəlif xəsarətlər alıb.
Ölü sayının isə artacağı istisna edilmir.
Qeyd edək ki, müxaliflərin nəzarətində olan Ətarib ərazisi təhlükəsiz bölgə edilən İdlib vilayətinin tərkibində yerləşir.
Hava hücumunun kimlər tərəfindən həyata keçirildiyi bəlli deyil.

Şərhlər
Kim tərəfindən olacaq?ABŞ dəyyusları tərəfindən.Putinlə Ərdoğanın bu günkü mehriban görüşlərindən qəzəbləniblər.Demək istəyiblər biz də varıq.