Menu

“Hələ nəvələrinə də “putyovka” istəyirlər” – Səttar Mehbalıyev

15.11.2017, 13:43

settarmehbaliiiii_1388318820 “Bəzən deputat yoldaşlarımız 4-5 əlavə “putyovka”, yəni “göndəriş vərəqəsi” istəyir. Amma “göndəriş vərəqəsi” hər adama ildə bir dəfə verilə bilər”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Mehbalıyev Milli Məclisdə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O, ikinci “göndəriş vərəqəsi”nin verilməsinin mümkün olmadığını qeyd edib: “Bəzən Nazirlər Kabinetindən belə vərəqə istəyirlər. Baxırsan, özünün 60, oğlunun da 40 yaşı var. Hələ nəvəsinə də belə sənəd istəyir. Bu məsələni Prezident Administrasiyasında da müzakirə etmişəm”.

Şərhlər

Bankomer 2017-11-15 13:43:15

Özəl-başına dövrdə nəhayət, küllü miqdarda pulu silinən-2017də Həmkarın səsi eşidildi. İndi ölkə ailəsinə-insanına "Əğyar"dan bir neçə dəfə az kapital qoyulur. Bu azmış kimi "İnsan Kapitalı" və "Sosial siyasət" popşüarları özəl müdafiə üçün dünyaya bəyan edilir. Kitabını itirən 5-10 qat cərimələnir. Deputata da hər əlavə "putyovka"nı beş qat ödətdikdən sonra vermək gərəkdir. Sosial xərclər üç ildə 7 dəfə azaldılıb, Xaricə uzun müddətli kapital isə 10 dəfə artırılıb. YAPçı həmkarlar və SMN isə susurlar.

Mahir Quliyev 2017-11-15 13:43:15

Salam. Bu sistem tam elektronlaşmalıdır. Qanunla müəyyən edilmiş putyofka gönderiş almaq hüququ olan hər bir şəxsə bunu online rejimdə etməsinə imkan yaradılmalıdır. Bu bir çox mənfi halın qarşısını alacaq. Elektron hökümət vasitəsilə bu asan bir yolla həyata keçirilə bilər.

ilqar 2017-11-15 13:43:15

hec olmasa cixib danismayin

Əlosət Agayev 2017-11-15 13:43:15

45 il fasiləsiz üzv olduğum Hİ-nın üzvüyəm. 1990-cı ildən Şəki rabitə İşçiləri MHİK-nin heyət üzvüyəm.
2017-ci ilin iyun ayından həkimin gpndəriş əsasında"Günəşli "sanatoriyasında"Osteo-xodroz"dan müalivə olunmaq üçümn HİK-nin sədtinə ərizə ilə müraciət etdim.
Hik-nin sıdri bu yacında mənə məlumat verdi ki, putyobka ancaq "Bilgəh"sanatoriyaslna var. Mən ona izah etdim mi, orada mənim cəstəliyimi mealicə etməyəcəklır. Səhəri günü sədr bilfirdi ki, siz deyəm putyovka 30 fekabr 2017-il tarixə var. Mən yenə izah etdim ki, mən dizə 03 dekabr 2017-ci il tarixə xahiş etmişəm, mən ora istirahətə getmirəm məmə tam kurs müalivəsi lazımdlr. 30 dekabrda gedəndə, bayram və bazar günlərini çıxanda mənə cımi 7 gün mealicə edəsidirlər bu idə mənə sərf etmir.
Sonta mən pzüm birbaşa, Rabitə İşçilıri Müstəqil Hə karlar İttifaqı Respublika Komitəsinin sədri cınab Seymur Orucova bu haqda müraciət etdiyimə görə, ...yolu ilə bizə sədr təyin olunan Əli Kamran oğlu Rəsulovun, Şəki MRX-da Terapiya şöbəsinin müdiri vəzifəsində işlıyən maması Kubra Rəsulova mənəm həyatıma ... etdi deyə, artlq mən Həmkarlar ittifaqı üzvlüyündən birdəfəkik istefa vermək çəcburiyyətində qaldım.
Buyurun bu da sizə, Səttar Mehballyevin sədrlik etdiyi Həmkarlar ittifaqı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol