Menu

Ərdoğan seçkiqabağı "Gülənçilər"ə səsləndi - Video

30.06.2014, 16:41
Ərdoğan seçkiqabağı "Gülənçilər"ə səsləndi - Video

Baş nazir: "Heç bir qrup, hərəkat bunlar kimi xəyanət bataqlığına batmayacaq"

Dünya Türkiyədə avqustda keçiriləcək prezident seçkiləri ila bağlı namizədlik mübahisələri yavaş-yavaş öz həllini tapmaqdadır.

ANS TV-nin məlumatına görə, prezident Abdullah Gülün seçkilərdə namizədliyini verməyəcəyi ilə bağlı açıqlamasından sonra hökumətin namizədinin baş nazir Rəcəb Tayyib Ərdoğan olacağı daha real görünür. Ərdoğan iş adamları ilə görüşü zamanı iqtidara qarşı gizli fəaliyyət göstərənlərin xəyatnətkar olduğunu və bu qüvvələrə qarşı ciddi mübarizə aparılıcağını deyib.

“Bizim üzərimizdən planlar çevirənlər bilsinlər ki, Allahın və millətin hesabı qalib gələcək. Baxın, mübarək Ramazan ayında xain paralel hökumət Türkiyədəki qurumları, fondları narahat etmək üçün əlindən gələni edir. Müxtəlif böhtanlar atılır, yalanlar deyilir. Çünki onlarda yalan var, böhtan var. Bir dəfəlik bunu bilsinlər ki, heç bir qrup, heç bir qurum, hərəkat bunlar kimi xəyanət bataqlığına batmayacaq, bunlar kimi beynəlxalq qüvvələrin oyuncağı olmayacaq”, deyə Rəcəb Tayyib Ərdoğan bildirib

Baş nazir seçkilərin keçiriləcəyi 10 avqustun Türkiyə və türk milləti üçün çox əhəmiyyətli tarix olacağını vurğulayıb.

Qeyd edək ki, Türkiyə müxalifəti seçkilərə vahid namizədlə gedəcəyini açıqlayıb və bu namizəd Ekmeləddin İhsanoğludur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol