«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Yunanıstanın ərzaq və kənd yerlərinin inkişafı naziri Evangelos Apostolu bəyan edib ki, ölkədə tibbi marixuananın yetişdirilməsi iqtisadiyyatın bərpasına kömək edə bilər.
O, qeyd edib ki, belə marixuananın istehsalçıları Yunanıstanda 1,5 milyard avroluq istixanalar qurmağa hazırlaşırlar.
«Blomberq» qeyd edir ki, belə fəaliyyət Yunanıstanın tibbi təyinatlı marixuana bazarına çıxmasına kömək edəcək. Hökumət bu fəaliyyətdən 10 il ərzində 200 milyard avro qazanc əldə etməyi planlayır. 12-15 istixanadan ibarət bir kompleks əhaliyə 400 iş yeri təklif edə bilər.
Eyni zamanda, Yunanıstan hakimiyyəti marixuananın yetişdirilməsi və satışını tamamilə «dekriminalizə» etmək niyyətində deyil.


Şərhlər