Azərbaycan prezidenti İlham Əliyev velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci ilin iyun ayında Bakı şəhərində keçirilməsi üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:
|
Təşkilat Komitəsinin sədri |
||
| Yaqub Eyyubov | –
|
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini |
|
Təşkilat Komitəsinin üzvləri |
||
| Hacıbala Abutalıbov | – | Bakı şəhər İcra Hakimiyyətinin başçısı |
| Yusuf Məmmədəliyev | – | Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri |
| Azad Rəhimov | – | Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti |
| Fazil Məmmədov | – | Azərbaycan Respublikasının vergilər naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti |
| Elmar Məmmədyarov | – | Azərbaycan Respublikasının xarici işlər naziri |
| Ramil Usubov | – | Azərbaycan Respublikasının daxili işlər naziri |
| Kəmaləddin Heydərov | – | Azərbaycan Respublikasının fövqəladə hallar naziri |
| Samir Şərifov | – | Azərbaycan Respublikasının maliyyə naziri |
| Ramin Quluzadə | – | Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri |
| Əbülfəs Qarayev | – | Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri |
| Oqtay Şirəliyev | – | Azərbaycan Respublikasının səhiyyə naziri |
| Mikayıl Cabbarov | – | Azərbaycan Respublikasının təhsil naziri |
| Aydın Əliyev | - | Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri |
| Mədət Quliyev | – | Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi |
| Firudin Nəbiyev | - | Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi |
| Elçin Quliyev | – | Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi |
| Cahangir Əsgərov | – | “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti |
| Balababa Rzayev | – | “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri |
| Çingiz Hüseynzadə | – | Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti. |
Təşkilat Komitəsi 2018-ci il 5-9 iyun tarixində velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirməlidir.


Şərhlər