Menu

Brüsseldə baş verən iğtişaşlar nəticəsində 16 nəfər saxlanılıb - VİDEO

15.11.2017, 23:48
Brüsseldə baş verən iğtişaşlar nəticəsində 16 nəfər saxlanılıb - VİDEO

Belçikanın paytaxtı Brüsseldə baş verən iğtişaşlar nəticəsində 16 nəfər saxlanılıb. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin hüquq-mühafizə orqanlarından bildiriblər.

Saxlanılanların arasında tanınmış reper Vargasss da var. İlkin məlumata əsasən, reperin Brüssel Kral Opera Teatrının qarşısında fanatları ilə görüşü kütləvi iğtişaş və polislə toqquşmaya çevrilib.

Hazırda teatrın ərazisi təmizlənib. Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol