Menu

Kolleclərə keçirilən qəbul imtahanının nəticələri açıqlandı

30.06.2014, 18:10
Kolleclərə keçirilən qəbul imtahanının nəticələri açıqlandı

İxtisas seçimi iyulun 2-dən 10-dək həyata keçiriləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun 29-da ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün keçirilmiş qəbul imtahanının nəticələrini elan edib. Bu barədə Lent.az-a Komissiyadan məlumat verilib.

Abituriyentlər imtahan nəticələri ilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə və ya TQDK-nın internet saytı vasitəsilə tanış ola bilərlər.

Qeyd edək ki, ixtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılacaq. İxtisas seçimi iyulun 2-dən 10-dək həyata keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol