Menu

Bu ölkədə morqlar bağlanır

16.11.2017, 18:46
Bu ölkədə morqlar bağlanır

Meksikanın ən təhlükəli ştatlarından hesab olunan Gerrero ştatında normadan artıq dolmuş morqlar bağlanır.

Trend-in məlumatına görə, əməkdaşlar çürüməkdə olan meyitlərin arasında qala bilmədikləri üçün iş yerlərini tərk edirlər.

Qeyd olunur ki, ştat ərazisindəki morqlara hər gün 8-10 arası meyit gətirilir. Nəticədə onları yerləşdirməyə soyuducular çatışmır.

Paytaxt Mexikodan 200 kilometr məsafədə yerləşən Çilpansinqo şəhərində 200 meyit üçün nəzərdə tutulan morqda 600 meyit yerləşdirilib.

Qeyd edək ki, bu il Gerrero ştatında müxtəli cinayətkar qruplaşmalar arasında atışmalarda 2000-ə yaxın adam qətlə yetirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol