Menu

“Müsavat xalqın partiyasıdır” - Siyavuş Novruzov

17.11.2017, 13:38
“Müsavat xalqın partiyasıdır” - Siyavuş Novruzov

Azərbaycanın müstəqilliyinin qorunması, saxlanılması, inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Biz haqqı olan insanların əməyini qiymətləndirməliyik. Azərbaycan Xalq Cümhuriyyətinin məsələsi həmişə diqqət mərkəzində olub.

Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, bəzi siyasi partiyalar buna maneçilik törətmək üçün özlərini ortaya atırlar.

O qeyd edib ki, bugünkü Musavat Partiyası ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə olan Müsavat Partiyası başqa təşkilatlardır: “O dövrdə fəaliyyət göstərmiş Müsavat Partiyası Azərbaycan xalqına aid bir partiyadır. Məgər o təşkilat etibarnamə ilə bugünkü Müsavat Partiyasına verilib? Xeyr. Bu, Azərbaycan xalqının partiyasıdır və ona görə də qarışıqlıq salıb, ümumi işə xələl gətirməyin tərəfdarı deyiləm”.

Şərhlər

Abit 2017-11-17 13:38:59

xalqın yox,dövletin

dadaşyev 2017-11-17 13:38:59

Musavat partitası cavan idi,İsa Qəmnər qocaldıb özünə oxşatdı.İndi partiya tam özünə oxşayır,yəni bilmək olmur məqsədi,amacı nədir,nəyə qulluq edir.Bilmək olmur deyəndə ki,bilən bilir ee,içindəkilər hələ də bilmir....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol