«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, cümə günü Latviya sərhədində Rusiyanın 3 təyyarəsi qeydə alınıb. Bu barədə Latviya Silahlı qüvvələri «Tvitter» şəbəkəsində xəbər yayıb.
«Noyabrın 17-də Baltik dənizinin neytral suları üzərində, Latviyanın dəniz sərhədi yaxınlığında patrul təyyarələri Rusiya silahlı qüvvələrinə məxsus iki Su-27 və bir İl-76 təyyarələrini aşkarlayıb» - xəbərdə deyilir.
Latviyanın müdafiə nazirliyi (MN) bəyan edir ki, Rusiyanın hərbi gəmiləri, sualtı qayıqları və döyüş aviasiyası müntəzəm olaraq, respublikanın sərhədlərində peyda olur. Latviya hərbçilərinin bəyanatlarına görə, 2016-cü ildə 209 belə hal, 2015-ci ildə isə 270 hal qeydə alınıb.
Rusiya tərəfi isə uçuşların və gəmilərin hərəkətlərinin ciddi şəkildə beynəlxalq qaydalara uyğun olaraq həyata eçirildiyini bildirir və bu zaman digər dövlətlərin sərhədini pozmadığını bəyan edir.
Məlumat üçün bildirək ki, Latviya 2004-cü ildən NATO-nun üzvüdür.

Şərhlər