Menu

Kürdlər Türkiyəni tərk edir

30.06.2014, 22:40
Kürdlər Türkiyəni tərk edir

Suriyada davam edən böhranla bağlı Rojava bölgəsini tərk edib Türkiyəyə gələn kürdlər geri qayıdır.

Axar.az xəbər verir ki, Türkiyədə müxtəlif düşərgələrdə yaşayan kürdlər Cizrə sərhəd məntəqəsinin yenidən açılmasından sonra Suriyaya qayıtmağa başlayıblar.

Cizrə Təhlükəsizlik Müdirliyinə müraciət edən kürdlər geri dönmək üçün icazə sənədləri alqdıqdan sonra bu addımı atıblar. Hər gün 50-100 nəfər arası insan geri dönür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol