Menu

Fətullah Gülənin partiyasının adı dəyişdi

01.07.2014, 00:35
Fətullah Gülənin partiyasının adı dəyişdi

Yeni partiyada AKP, MHP və CHP-dən tanınmış simalar yer alacaq

Fətullah Gülənin yeni qurmaq istədiyi partiyanın rəhbəri olacağı bildirən professor Abdurrahim Karslı açıqlama verib.

O, partiyanın adının Xalqa Xidmət Partiyası yox, Mərkəz Partiyası olacağını bildirib. Karslı dörd ildir ki, partiya qurmaq üzərində işlədiyini vurğulayıb: “Amma mənim qurmaq istədiyim partiya bir camaata mənsub deyil”, - deyə Fətullah Gülənlə əlaqəsini təkzib etməyə çalışıb.

O, yeni qurulacaq partiyanın tərkibində müxalifətçi MHP və CHP partiyalarından tanınmış simaların yer alacağını bildirib. Amma əsas diqqəti hakim AKP-yə yönəldib: “Qorxsunlar, həm də çox qorxsunlar. 500 rayon, 50 il rəhbərliyini dəyişiblər. Bütün bunlar Mərkəz Partiyasına gələcəklər”. (ans)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol