"Təkcə “Vest Bromviç”lə oyunu düşünmürük. Bu oyundan sonra səfərdə “Qarabağ”la qarşılaşmalıyıq. Bu matçda qrupdan çıxmaq üçün oynayacağıq”.Qol.az-ın məlumatına görə, bu sözləri Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Çelsi”nin baş məşqçisi Antonio Konte deyib.
İngiltərə Premyer Liqasınını 12-ci turunda “Vest Bromviç”lə oyunöncəsi mətbuat konfransı keçirən italiyalı mütəxəssis noyabrın 22-də Bakıda “Qarabağ”la qarşılaşacaqları görüş haqda da fikir bildirib: “Bilirik ki, səfərdə çox çətin matçımız olacaq. “Qarabağ”la oyun bizim üçün xüsusi olacaq. Bu görüşün əhəmiyyəti çox böyükdür”.


Şərhlər