Qax rayonunun İlisu kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın başlayıb.APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası yanğınsöndürmə işlərinə cəlb olunub.
İlkin məlumata görə, ərazidə quru ot və kol-kos yanır. Yanğının meşə zolağına keçmə təhlükəsi yoxdur. Əlavə məlumat veriləcək.


Şərhlər