Menu

«Cənab Prezident, bu, qeyri-qanunidir...» - General Trampa mane olmağa hazırdır

20.11.2017, 00:39
«Cənab Prezident, bu, qeyri-qanunidir...» - General Trampa mane olmağa hazırdır

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla vendiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) silahlı qüvvələri Strateji komandanlığının başçısı, hərbi-hava qüvvələri generalı Con Hayten bəyan edib ki, Prezident Donald Trampın nüvə zərbəsi endirilməsi barədə mümkün «qeyri-qanuni» əmrinə mane olmağa hazırdır.

«Mən, prezidentə məsləhətlər verirəm, o isə mənə deyir ki, nə etmək lazımdır. Əgər bu, qeyri-qanunidirsə, necə fikirləşirsiniz, nə baş verər? Mən deyərəm: «Cənab Prezident, bu, qeyri-qanunidir». O, soruşur: «Bəs, necə qanuni ola bilər?» Və biz, variantlara baxırıq, istənilən situasiya üçün müxtəlif cavab imkanların sıralanmasını təklif edirik. Bu, belə də işləyir» - deyə, Hayten Qalifaks beynəlxalq təhlükəsizlik Forumunda bəyan edib.

Generalın sözlərini «CBS» telekanalı sitat gətirib.

Onun sözlərinə görə, özü onilliklər uzunu silahlı münaqişələr sahəsi üzrə qanunvericiliyi öyrənib. General qeyd edib ki, hərbi həllin qanuniliyini müəyyən edən bir sıra aspektlər var. Bax, öyrənmək lazımdır: Hərbi cavab nə qədər vacibdir və proporsionaldır, insanların lazımsız əzbalar çəkməsinə səbəb olmur ki?

«Qeyri-qanuni əmri yerinə yetirsəniz, zindana gedəcəksiniz. Ömürlük həbsə düşə bilərsiniz» - Hayten bildirib.

Trampın siyasi rəqibləri seçkilərə qədər və seçkilərdən sonra onun Ali baş komandan ola bilməsi, xüsusilə də nüvə zərbəsi endirmək barədə qərar qəbul edib-etməmək qabiliyyətinə malik olması barədə məsələ qaldırıblar. Trampla bağlı narahatlıq və qorxu hissləri onun Şimali Koreya lideri Kim Çen Inla qarşılıqlı təhdid ritorikasına baş vurmasından sonra («tamamilə məhv edəcəyik», «külə döndərəcəyik» və s.) daha da güclənib. ABŞ Konqresi indi bu sahə üzrə ölkənin qanunvericilik bazasını nəzərdən keçirir.

Hazırda ABŞ-ın qüvvədə olan qanunvericiliyinə əsasən, Prezident nüvə zərbəsi endirmək barədə təkbaşına qərar qəbul edə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol