İsrail 3 yəhudinin ölü tapılmasını bəhanə edərək, Qəzzaya gecə bomba yağdırdı
İsrail ordusundan verilən açıqlamada 3 Yəhudi məktəblinin qaçırılmasından 18 gün sonra dünən axşam cəsədlərinin əl-Xəlil şəhərində tapılmasına qarşılıq olaraq İsrail Hava qüvvələrinə aid təyyarələrin Qəzza zolağında 34 hədəfə hava hücumu təşkil etdiyi ifadə edildi.
ANS PRESS-in məlumatına görə İsrail Ordu sözçüsü polkovnik-leytenant Piter Lerner "İsrail dövləti, vətəndaşlarının dinc bir şəkildə yaşaya bilmələri üçün hərəkət etməyə davam edəcək. Həmas terror təşkilatı Qəzzadan edilən hər cür terror hərəkətinin tək məsuludur" deyə bildirdi.
Qeyd edəkkik İsrail Baş naziri Binyamin Netanyahu 3 yəhudi məktəblisinin ölü tapılmasının ardından dünən reallaşdırdığı təhlükəsizlik kabineti konfransının əvvəlində “Həması məsul tutaraq, "Həmas bunun əvəzini ödəyəcək" deyərək Qəzzaya ediləcək əməliyyatın siqnalını vermişdi.


Şərhlər