Menu

NATO Azərbaycan üçün “Yol xəritəsi” hazırlayır

01.07.2014, 10:28

NATO“NATO Əməkdaşlıq İnstitutu Azərbaycan hökuməti üçün “Yol xəritəsi” hazırlayıb”.

Bu açıqlama ilə NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov öz Feysbuk səhifəsində çıxış edib. O, “Yol xəritəsi” ilə bağlı məlumatın yaxın zamanlarda ictimaiyyətə təqdim ediləcəyini deyib:

“Bu, Avropa Birliyi ilə assosiativ saziş imzalamaq üçündür. Bu günlərdə “Yol xəritəsi”nin içəriliyini KİV-lər vasitəsi ilə Azərbaycan cəmiyyətinə çatdıracağıq. “Yol xəritəsi”nin əsas şərtlərindən biri Prezidentin aparıcı muxalifət partiya liderləri ilə danışıqlar üçün eyni masaya oturmasıdır. Bu, ümumilikdə dövlətçilik işidir və hər kəsin fikir və maraqlarının öyrənilməsi vacibdir. NATO Əməkdaşlıq İnstitutu bu prosesə vasitəçilik edəcək. Artiq demokratiya dönəmidir və hər kəs bu prosesə hazır olmalıdır”. /axar.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol