"SƏDƏRƏK"də VERGİ YOXLAMASINDAN SONRA CİDDİ GƏRGİNLİK - İcarə haqları qaldırılıb

Son günlər "Sədərək" Ticarət Mərkəzində ciddi gərginlik yaşanır. Burada mağaza işlədən sahibkarlarla ticarət mərkəzinin rəhbərliyi arasında bəzi səbəblərdən yaranmış narazılıqlar getdikcə artır. "AzPolitika.info"ya bu barədə məlumat ticarət mərkəzindən daxil olub.

Məlumatda bildirilir ki, devalvasiyadan sonra bir çox ticarət mərkəzlərində olduğu kimi, "Sədərək"də də alver xeyli zəifləyib. Bu səbəbdən ötən müddətdə burada işləyən 100-lərlə sahibkar mağazasını bağlamalı və ya başqasına dövr etməli olub. Qalanların da əksəriyyəti bir çox ayları ziyanla işləyib. Buna baxmayaraq, ticarət mərkəzinin rəhbərliyi "yer pulu" deyilən aylıq ödənişi aşağı salmayıb.

Hazırkı gərginliyin əsas səbəbi isə ticarət mərkəzində icarə haqlarının, "yer pulu"nun artırılması cəhdidir. Ticarətçilərin bildirdiklərinə görə, rəhbərlik, gələn aydan başlayaraq, sahibkarlardan hər kv metr üçün əlavə 5-10 manat tələb etməyə başlayıb. Yəni, 40 kvadratmetrlik ortabab bir mağazanın icarə haqqı 200 manat həcmində artırılıb ki, bu da təbii ollaraq, sahibkarlarda ciddi narazılıq yaradıb.

Ancaq narazılığı artıran yalnız bu deyil. Rəhbərlik, son 2-3 ayda sahibkarlardan köhnə borclarını da tələb edib və alıb. Bu borcun yaranmasının isə maraqlı tarixçəsi var. Ticarətçilərin dediklərinə görə, 2015-ci ilin payızında keçmiş MTN-də aparılan səs-küylü həbslərdən sonra bazar rəhbərliyi 2-3 ay sahibkarlardan icarə haqqı yığmayıb. Səbəbi izah edilməsə də, bunu "Sədərək" Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin keçmş MTN rəhbərliyi ilə yaxın münasibətlərilə bağlayanlar da olub

Səbəbi hər nə olsa da, bir neçə ay icarə haqqının alınmaması ilin əvvəli baş verən qəfil devalvasiyadan sonra ciddi zərbə alan sahibkarların ziyanını az da olsa kompensasiya edib. Ancaq indi bazar rəhbərliyi 2 il əvvəl sahibkalara icarə haqlarında edilmiş həmin güzəştləri geri tələb etməyə başlayıb. Bu da son illər gəlir əldə etməkdə çətinliklə üzləşən, bəzi ayları ziyanla başa vuran sahibkarlar üçün əlavə problemlər yaradıb. 

Qeyd edək ki, ticarət mərkəzinin rəhbərliyinin birdən-birə 2 əvvəl sahibkarlara edilmiş güzəştləri geri istəməsinin və icarə haqlarını artırmasının bu yaxınlarda "Sədərək"da həyata keçirilmiş irimiqyaslı vergi yoxlamaları ilə bağlılığı olduğu istisna olunmur. Görünür vergi əməkdaşları Yusif Qədimbəylini elə "sıxıblar" ki, belə tədbirlərə ciddi zərurət yaranıb.

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

OXUCU 2017-11-22 11:25:05

HAMI BİLİR Kİ, VERGİ İŞÇİLƏRİ SAHİBKARI NƏYİNKİ SIXIR HƏTTA,TƏNGƏ GƏTİRİR.HAMI BİLİR Kİ.YOXLAMA APARAN VERGİ İŞÇİSİ ORDAN ƏLİBOŞ GETSİN,BELƏ BİR İŞ MÜMKÜN DEYİL.DEYİRLƏR Kİ ,BİZDƏN BELƏ TƏLƏB EDİRLƏR.GÜYA ÖZLƏRİ SÜDDƏN ÇIXAN AĞ QAŞIQDIR. DÖVLƏT BÜDCƏSİNƏ ONLAR QƏDƏR ZİYAN VURAN YOXDUR.KİÇİK BİR MÜƏSİSƏDƏ SƏYYAR VERGİ YOXLAMASI AYLARLA BƏLKƏDƏ İLLƏRLƏ UZANIR.HƏR AY YOXLAMANIN VAXTI QEYRİ QANUNU UZADILIR. O VAXTA QƏDƏR Kİ ,İSTƏDİKLƏRİNİ ALANACAN. BU MÜDDƏTDƏ DƏ MÜƏSİSƏ İŞLƏMİR.BELƏ HALDA BÜDCƏ NECƏ DOLSUN

dadaşyev 2017-11-22 11:25:05

A balam,bizim respublikamızda neft qiymətləri 150 dollardan 40 dollara düşsə də qiymətlərin qalxması təəccüblü deyilsə vergi yoxlamasından sonra qiymətlərin artması kimi "təbii" şeyə niyə hirslənirsiniz?A dükançılar,bilin və agah olun ki,bu vergi yoxlaması ki var,çox qəliz məsələdi.Həm qəlizdi,həm də ki vacib.Ayə Sədərəkə yoxlama gəlib.Demək neyləmək lazımdı?Əlinizi cibinizə salmaq.De salın da."Nətər salaq ee?Bir şey var ki andırda?" Ayə nətər salaq nədi?O cibindən al,bu cibindən ver də.Al-ver yəni.

G.M 2017-11-22 11:25:05

Alverçilər lap ağını çıxardıblar ey..Qardaşlar,Bacılar,Sizlər də yaxanızı kənara çəksəniz...Onda kiloyla alıb,dənəylə satdığınız üfunət iyi verən Çin ayaqqabıları dil açıb,çox şeylər deyərlər.E.Mahmudov gedibsə də MTN ki,yerindədir. Sədərəyin də Naxçıvanın da,Bakının da ağırlığını kim çəkməlidir..Ayda 150 azn alan həkim,yaxud,155-300azn alan məllim,130 azn alan Təqayüdçü...bəlkə bekarçılıqdan şərh yazan bizlər..

VERGİ ÖDƏYƏN 2017-11-22 11:25:05

BÜTÜN SAHİBKARLARIN ARZUEDİLMƏZ QONAĞI-----VERGİ İŞÇİLƏRİ.

Saleh Mahmudov 2017-11-22 11:25:05

Sədərək ticarət mərkəzində tam bir özbaşılanlq. Yer pulu nə deməkdir? O ticarət mərkəzi ilə sahibarlar arasında icarə müqaviləsi var mı? Nəyə görə mağazalarda kassa aparatı yoxdur?. Vergi orqanları hara baxır? Orda çalışan işcilərlə sahibkarlar arasında əmək müqaviləsi mövcuddurmu? ƏƏSMN -in hara baxır? Sabah orda çalışan işçilərin pensiya təminatı necə olacaq. Ora ki, kolxoz bazarı deyil, ticarət mərkəzidir.

Son yazılar