Menu

Gürcüstan prezidenti ikinci dəfə seçkilərdə iştirak edəcəyini istisna etmir

21.11.2017, 22:48
Gürcüstan prezidenti ikinci dəfə seçkilərdə iştirak edəcəyini istisna etmir

Gürcüstanın dövlət başçısı Giorgi Marqvelaşvili ikinci dəfə prezident seçkilərində iştirak edəcəyini istisna etmir.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bu barədə o, “Pirveli” televiziyasına müsahibəsində deyib.

G.Marqvelaşvili gələcək planları barədə düşündüyünü bildirib: “Planlarımı tam formalaşdırmamışam. Qarşımda bir ox sullar var. Mənim hər hansı bir vəzifə tutmaqla bağlı heç zaman arzum olmayıb”.

Qeyd edək ki, G.Marqvelaşvili 2013-cü ildən Gürcüstanın prezidentidir. Gürcüstanda növbəti prezident seçkiləri 2018-ci ildə keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol