Menu

Fədayə Laçının bağışlanılması üçün prezidentə müraciət edildi - ADLAR

22.11.2017, 11:15
Fədayə Laçının bağışlanılması üçün prezidentə müraciət edildi - ADLAR

Məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçınla bağlı müraciət olunub.

Fədayə Laçının vəkili Türkel Süleymanlı APA-ya bildirib ki, 9 nəfərin imzaladığı müraciət prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya ünvanlanıb.

Müraciəti Alim Qasımov, Aftandil İsrafilov, Rafiq Bayramov, Arif Babayev, Mənsum İbrahimov, Zaur Rzayev, Nazpəri Dostəliyeva, İlqar Muradov və Səkinə İsmayılova imzalayıblar.

"Müraciətdə Fədayə Laçının sənət adamı kimi xidmətlərinin nəzərə alınaraq, bağışlanılması istənilir", - deyə vəkil bildirib.

Qeyd edək ki, bu il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb.

Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən 3 nəfər saxlanılıb. Onlardan biri tanınmış müğənni Fədayə Laçındır. Fədayə Laçınla yanaşı, Məhəmməd Hacıyev və Günay Atakişiyeva barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, hadisə ilə əlaqədar Pentensiar Xidmətin bir neçə əməkdaşı da həbs olunub.

Şərhlər

Oqtay 2017-11-22 11:15:35

Hərənin bir işi sənəti olur artist də bir çəkməki ,suvaqçı kimi bir sənətdir indi nə olub çəkməkilər yığılıb çəkməki cinayətkardan ötrü Prezidentə mürüciət etsinlər? Qanun qarşısında hamı bərabərdir Fədayənin ölkə qarşısında zəhməti yol süpürənlərdən avtobus sürücüsündən ,satıcıdan nəyi artıqdır? CİNAYƏTKAR TÜRMƏDƏ OTURMALIDIR

dadaşyev 2017-11-22 11:15:35

Afərin vallah.Mən belə də gözləyirdim.Özü də hamısı xalis sənətkarlardı. Yaşayın,var olun. O xanıma həbsxana yaraşmır.Ümumiyyətlə heç bir xanımın heç vaxt həbsxanada olmasını istəmirəm.Həbsxanalar xanımların yeri deyil.Xanımlar zərif məxluqlardır və Allah deyib ki,onlar biz kişilərə əmanətdir. Xanım evində,ailəsinin üstündə olmalıdır.

cəngərlik sakini 2017-11-22 11:15:35

arvadı olan kişi ilə min oyundan çıxır,üstəgəl cinayətkara köməkedir.prezidentə müraciət edirlər ki, buraxın.halaldı.başqa yerdə bu daşqalaq olunmalı idi.

dadaşyev 2017-11-22 11:15:35

Oqtaya. Ay Oqtay müəllim,qanun qarşısında hamı bərabər olmadığı üçün müraciət ediblər.Başqalarının əlindən iki ildir ki,yüzlərlə obyektlərini alırlar ki qanunsuz sahiblənib,amma azadlıqda gəzirlər.Qanun hamı üçün birdirsə onlara niyə şamil edilmir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol