"Plagiat məsələsi ölkəmizdə də aktualdır. İstər ölkə xaricində, istərsə də ölkə daxilində qazanılan mövcud elmi nəticələrə istinad edilmir, həmin elmi nəticələr yeni nəticə kimi təqdim olunur. Bu sahədə etik qaydalar pozulur".
APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov "Müasir elm - gənclərin baxışı ilə" adlı elmi-praktik konfransda deyib.
İdarə rəisi qeyd edib ki, əksər vaxtlar gənclər iş tapa bilmədiklərindən şikayət edirlər: "İş yerini ali təhsilli şəxslər yaratmalıdır. Amma bizim gənclər universiteti bitirən kimi diplomu əllərinə alıb, gedirlər hər hansı təşkilatın qapısına ki, bizi işə götürün. Bu yanaşma kökündən yanlışdır".


Şərhlər
Doğru deyibsiniz. Amma, iş yeri və ideya kapital da tələb edir. SSRİ dağılmadan (Qarabağ kimi) daxili elita da bütün əmlakı ucuzca zəbt edib. Ölkənin əsas sərvətləri də SSRİ kimi dövlət inhisarındadır. Müəssisə gəlirləri də dolayı özəlləşdirilir. Əksər əhalinin nəinki kapital toplama heç normal yaşamını qanunlar nəzərə almayıb. Neft fontanı əhali və iqtisadiyyata gözlənilən faydanı vermədi. Ümid neft-qaz sızmasına qalıb.
azerbaycanda milyonlarla is yeri yaratmaq olar...buna mane olan dovlet qurumlarini hami bilir...sadece PREZIDENTDEN yeni is yerleri acmaq isteyenleri ASAN XIDMET KIMI bir yeni quruma yoneldilmeyimizi sebirsizlikle gozleyirik......
Ali təhsilli gənclərin çalışması üçün "təşəbbüs azadlığı haqqında" qanun qəbul olunmalıdır.Gənclərin hazırladığı layihələr banklar tərəfindən maliyyələşdirilməlidir.