Menu

ATƏT PA üzv dövlətləri jurnalistlərin müdafiəsinə çağırır

01.07.2014, 11:55

atet_g1525074ATƏT PA-nın Demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsi iyulun 1-də Bakı sessiyasında “Təhlükəsizliyin təminatı üzrə dövlət və özəl sektorlara demokratik nəzarət” adlı qətnamə qəbul edib. Layihəni sloveniyalı deputat Roberto Battelli təqdim edib.

Qətnamənin bəndlərindən birində təhlükəsizlik və kəşfiyyat orqanlarına demokratik nəzarət sahəsində parlamentlər arasında qabaqcıl praktika mübadiləsinin qurulması tövsiyə edilir.

Həmçinin ATƏT PA iştirakçı dövlətləri jurnalistləri və onların mənbələrini qorumağa çağırır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol