Menu

Hakimin yaxından köməyi ilə “Çelsi” “Qarabağ”a qalib gəldi - VİDEO

22.11.2017, 23:29
Hakimin yaxından köməyi ilə “Çelsi” “Qarabağ”a qalib gəldi - VİDEO

Çempionlar Liqasında V turun növbəti oyunları keçirilib. Avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qarabağ” da meydana çıxıb.

Oyun Bakı Olimpiya Stadionunda keçirilib.

21-ci dəqiqədə portuqaliyalı hakim Manuel de Souzanın uydurduğu penalti zərbəsindən sonra Azar hesabı açıb. Bu azmış kimi, həmin epizodda Rəşad Sadıxova qırmızı vərəqə göstərilib. Bundan sonra “Çelsi” daha bir dəfə fərqlənə bilib – 37-ci dəqiqədə Villian ikinci topu vurub.

Oyunun 71-ci dəqiqəsində hakim “Qarabağ”ın qapısına daha bir əsassız 11-metrlik cərimə zərbəsi təyin edib. Fabreqas hesabı 3:0-a çatdırıb. 85-ci dəqiqədə yenidən Villian fərqlənib və son nəticəni müəyyən edib – 4:0.

Çempionlar Liqası

Qrup mərhələsi, V tur

22 noyabr, C qrupu

21: 00. “Qarabağ” (Azərbaycan) - “Çelsi” (İngiltərə) - 0:4

Qollar: Eden Hazard, 21-pen, Villian, 36, Fabregas, 73-pen, Villian, 85

Qollar: Eden Hazard, 21-pen, Villian, 36

Qırmızı vərəqə: Rəşad Sadıqov, 19 ("Qarabağ")

Baş hakim: Manuel De Souza

Baş hakimin köməkçiləri: Alvaro Meskuita, Rikardo Santos

Dördüncü hakim: Nuno Pereyra (hamısı Portuqaliya)

Bakı Olimpiya Stadionu

Şərhlər

Filosof 2017-11-22 23:29:46

O hakinme bawa salmaq lazimdir ki e senin bajini..... olmuyan qayda pozuntusuna gore iki ceza olur?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol