Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi müzakirə edilib.
“APA-Economics”in məlumatına görə, parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib ki, qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının yuxarı həddi 116 manat məbləğində müəyyən edilib.
Komitə sədri bu məbləğin artırılmasının zəruri olduğunu qeyd edib: “2015-ci ildə ölkədə ehtiyac meyarının yuxarı həddi 105 manat idi. 2017-ci ildə Ehtiyac meyarının yuxarı həddi 116 manat məbləğində müəyyən edilib. Ötən il də bu məbləğ 116 manat idi”.
Qanun 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minir.


Şərhlər
Cənab MV-i, Sizlər, hansı ölkəyə və Kimə xidmət edirsiniz? Ədaləti basıb aciz xalqı məhkum, hesabı da inkar edirsiniz. 116 manat Ehtiyac Meyarı təyin ediləndən 2 il keçir və həmin müddətdə (inflyasiya, ya devalvasiya) manatın dəyəri 2,15 dəfə aşağı düşüb. Eyni ehtiyac zənbili indi 250 manat tələb edir. Bu yardıma ehtiyacı olanlar necə yaşayacaq?
Aaaa, nə yaxşı!Amma 116 manat 45 qəpik olsaydə əla olardı.Onda lap gəlhagəl olardı mən ölüm.Hər ay əlavə bir çörək də alardıq,qalan 5 qəpikləri də yığardıq,ilin sonunda 60 qəik eliyərdi,il sonunda Yeni il bayramı günü 13-cü çörəyi də alardıq,qalardı 20 qəpik,onu da kibritə verərdik.13-cü çörək elə 13-cü maaş kimidi bu çaphaçapda,soxhasoxda və athaatda.