“Azərbaycanda 1 milyon 300 min pensiyaçı var. Burada bir məsələ diqqəti cəlb edir. Burada da ağır işlər silsiləsi qeyd olunanda, əsasən, kimyəvi zavodlarda və digər yerlədə işləyənlər nəzərdə tutulur ki, bu da işləyənlərin 2-3 faizini əhatə edir. Elə sahələr var ki, onlar nəzərdə tutulmayıb”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
O, bu sahədə olan çatışmazlıqlara toxunub: “Əgər kiminsə 50 yaşı varsa və pensiyaya çıxmaq istəyirsə, o, nə qədər asfalt tökməlidir ki, gəlib 65 yaşına çatsın?! Bu baxımdan, onlar başqa yollarla əlillik alıb pensiyaya çıxmalı olurlar”.
Deputat qeyd edib ki, bu cür kateqoriyalı insanların siyahısı hazırlanmalıdır: “Azərbaycanda tikinti sektorunda çalışanların hansı yaşda pensiyaya çıxmağı müəyyənləşməlidir. Müəllimlərlə, alimlərlə birgə tikintidə işləyənlərə də eyni pensiya yaş həddini qoymaq düzgün deyil. Bu təbəqənin hüquqlarını qorumalıyıq”.
S.Novruzov bildirib ki, ünvanlı sosial yardımların əvəzində müəyyən biznes yerləri açıla bilər, bu da yeni iş yerləri hesab olunur: “Bunun üçün maliyyə ayrılmalıdır. Biz onları ələbaxımlılıq sistemindən uzaqlaşdırmalıyıq. Onlar özləri çalışıb pul qazanmalıdırlar. Əks halda ələ baxımılıqla bunun effektivliyi olmayacaq”.


Şərhlər
"Sosial"yardımın mahiyyətini anlamaq,sonra onun verilib-verilməməsi məsələsinə baxmaq olar.Nə üçün əhalinin bu yardıma ehtiyacı olmalıdır?Hanı 15-30-50 min insan işləyən fabrik,zavodlar? Nİyə belə bir sahələr yarada bilmirsiniz?
İndiki "deputatlar" 2020-ci ildəki seçkidə seçiləcəklərmi?Yəqin indidən zayavkalarını Siyavuş müəllimə veriblər.Yoxsa avtomobil təzələmək heç yadlarına da düşməzdi.Bir də ki,onlar Milli Məclisdən başqa hara gedirlər ki, ( monopoliyalarına, bizneslərinə, obyektlərinə baş çəəkməkdən başqa )onlara avtomobil ayrılır.Bu məsələ indiki əhalinin sosial vəziyyətinin dözülməz halda olması halında gülməli görünmür?