Menu

Tereza Mey Rusiya təhlükəsindən danışacaq - «Şərq tərəfdaşlığı» sammitində

24.11.2017, 13:15
Tereza Mey Rusiya təhlükəsindən danışacaq - «Şərq tərəfdaşlığı» sammitində

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Böyük Britaniyanın (BB) Baş naziri Tereza Mey «Şərq tərəfdaşlığı» sammitində «Rusiya tərəfindən gözlənilən təhdidlərə» qarşı durmağın vacibliyi barədə bəyanatla çıxış etmək niyyətindədir. Baş nazirin mətbuat xidmətinə istinadla, bu barədə xəbəri «Dojd» telekanalı yayıb.

Ehtimal olunur ki, Baş nazir postsovet ölkələrini «Rusiya kimi xarici dövlətlərdən qaynaqlanan təhdidlərə və sabitliyi pozmaq cəhdlərinə qarşı mübarizədə vahid yanaşma» strategiyası işləyib hazırlamağa çağıracaq.

O, həm də şərq qonşuluğundakı ölkələrdə dezinformasiyaya qarşı mübarizə aparmaq məqsədilə 100 milyon funt vəsaitin ayrılması barədə qərarını elan edəcək.

«Ukraynanın kənd təsərrüfatından tutmuş, Belarusun texnoloji sektoruna qədər, şərq bölgəsinin nəhəng potensialı var. Biz, bunu inkişaf etdirməliyik. Ancaq bu zaman Rusiya kimi düşmən dövlətlərin fəaliyyətinə qarşı ehtiyatlı olmalıyıq. Onlar bu potensial üçün təhləkədir və bizim kollektiv gücümüzü zəiflətməyə cəhd göstərirlər» - deyə, Meyin gözlənilən nitqindən sitat gətiridir.

Bundan başqa, Tereza Mey ölkəsinin Avropa İttifaqını tərk etməsinə baxmayaraq, BB üçün vacib olaraq qalan ümumavropa dəyərlərindən və ideallarından danışıcaq.

«Şərq tərəfdaşlığı» sammiti noyabrın 24-də Brüsseldə başlanacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol