Menu

Azərbaycanın xaricdəki səfirliklərinin bəzi əməkdaşları gəlir vergisindən azad edilir

24.11.2017, 13:53
Azərbaycanın xaricdəki səfirliklərinin bəzi əməkdaşları gəlir vergisindən azad edilir

Azərbaycanın xaricdəki səfirlik və konsulluqlarında çalışan ticarət nümayəndələri və onların aparat işçiləri rəsmi məşğulluqdan olan gəlir vergisindən azad edilir.APA-nın məlumatına görə, bununla bağlı Vergi Məcəlləsinin 102-ci (Gəlir vergisindən azadolmalar və güzəştlər) maddəsinə əlavələr edilir.

Maddənin birinci hissəsində gəlir vergisindən azad edilənlər sırasına “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələri və onların aparatlarının işçilərinin rəsmi məşğulluğundan olan gəlir” də əlavə edilir.

Layihə Milli Məclisin dekabrın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol