Çin ordusunun Cibutidə yerləşən bölmələri real döyüş şəraitində tank manevrləri təlimləri keçirib. Axar.az xəbər verir ki bu barədə “Çin Deili” informasiya yayıb.
Təlimlər Cibuti Respublikasının Prezidenti İsmayıl Ömər Quellenin Çinə səfəri çərçivəsində baş tutub. Təlimlərin keçirilməsində əsas məqsəd hərbçilərin döyüş hazırlığını, həmçinin yerli şəraitə uyğunlaşmasını yoxlamaq olub.
Qeyd edək ki, Çin Cibutidə hərbi bazanı 2017-ci il avqustun 1-də açıb. Rəsmi rəqəmlər elan edilməsə də, bazaya təxminən 10 min əsgərin cəlb olunacağı ehtimal olunur.


Şərhlər