Cinin Cıcian vilayətinin Ninbo şəhərində bu gün səhər saatlarında güclü partlayış baş verib. Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, partlayış yerli vaxtla səhər 9 radələrində şəhərin əsasən kiçik müəssisələrin yerləşdiyi məhəlləsindəki sexlərdən birində qeydə alınıb.
Partlayış nəticəsində 2 nəfər ölüb, 30-dan çox adam yaralanıb. Yaxınlıqdakı binalara və avtomobillərə müəyyən qədər zərər dəyib. Hələlik partlayışın səbəbi məlum deyil.
Yaralananların hamısı xəstəxanalara yerləşdiriliblər. Onlardan ikisinin vəziyyəti ağırdır. Hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.


Şərhlər