Menu

Şamaxıda maşın yoldan çıxaraq aşıb, 1 nəfər ağır xəsarət alıb

26.11.2017, 18:16

Qezada-sinmish-padpres-180912Şamaxı-Pirqulu yolunun Çuxuryurd kəndində avtomobil yoldan çıxaraq aşıb.

"Report"un Şirvan bürosu xəbər verir ki, nəticədə maşında olan sərnişin, 1979-cu il təvəllüdlü Şamaxı rayon sakini Ağakərimov İlham Dilavər oğlu başından ağır xəsarət alıb.

Yaralı Şamaxı Şəhər Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol