Menu

Quba sakini dostunu evinə çağırıb qətlə yetirdi - VİDEO

26.11.2017, 19:24
Quba sakini dostunu evinə çağırıb qətlə yetirdi - VİDEO

Quba sakini dostunu küt alətlə qətlə yetirib.

Xəzər TV bildirir ki, hadisə Qubanın Alpan kəndində baş verib.

Kənd sakini, 28 yaşlı Anar Balayev axşam saatlarında siqaret almaq üçün evdən çıxıb və geri qayıtmayıb. Anar adətən evə gecə saatlarında gəldiyindən yaxınları da narahat olmayıblar.

Səhər isə Anar Balayevin ölüm xəbərini eşidiblər. Məlum olub ki, o, həmkəndlisi və dostu, əvvəllər məhkum olunmuş Eşqin Rəsulov tərəfindən qətlə yetirilib.

Mərhumun yaxınlarının sözlərinə görə, Anarla Eşqinin arasında heç bir ədavət olmayıb və hər zaman mehriban olublar.

Hadisəni törədən Eşqin Rəsulov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol