Menu

Beş "Gelandewagen" yanıb

27.11.2017, 11:34
Beş "Gelandewagen" yanıb

Rusiyanın paytaxtı Moskva şəhərində beş ədəd "Mercedes Gelandewagen" markalı avtomobil yanıb.

APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Moskva polisindən bildirilib ki, hadisə Kutuzov keçidində yerləşən avtoservisdə baş verib.

"Noyabrın 16-da saat 11:00-da Kutuzov keçidindəki avtoservisin ikimərtəbəli kərpic binasında yanğın baş verib. Yanğın 500 kvadratmetr sahəni əhatə edib. Yanğın nəticəsində beş ədəd "Mercedes-Benz G500" markalı avtomobil tamamilə yanıb", - deyə məlumatda bildirilir.

Dəymiş ziyanın ümumi məbləği və yanğının səbəbi dəqiqləşdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol