Menu

İstanbulda 200 miqrantın saxlanıldığı zirzəmi tapılıb

27.11.2017, 16:04
İstanbulda 200 miqrantın saxlanıldığı zirzəmi tapılıb

İstanbulda 200 pakistanlı miqrantın saxlanıldığı zirzəmi aşkar edilib.

Trend-in məlumatına görə, belə bir zirzəmi haqqında polisə həmin yerdən qaçmağa müvəffəq olan miqrantlardan biri xəbər verib.

Araşdırma zamanı məlum olub ki, burada miqrantlara əziyyət verilir, hətta 15 nəfər qan itkisindən ölüb.

Məlumata əsasən, pakistanlı mühacirlərə qeyri-qanuni yolla Yunanıstan və İtaliyaya aparılacaqları vəd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol