Menu

İsrail yeni dəniz müdafiə sistemini istifadəyə verdi

28.11.2017, 11:15
İsrail yeni dəniz müdafiə sistemini istifadəyə verdi

İsrailin "Dəmir qübbə" dəniz müdafiə sistemi istifadəyə verilib.

Trend-in məlumatına görə, "Jerusalem Post" qəzeti İsrail ordusundakı mənbəyə istinadən ilyarım davam edən hazırlıq və sınaqlardan sonra "Dəmir qübbə" dəniz müdafiə sisteminin ordunun istifadəsinə verildiyini yazıb.

Müdafiə sisteminin əsas məqsədi İsrail sahillərini, eləcə də ölkənin Aralıq dənizi sahilindəki təbii qaz kəşfiyyatı platformalarını mühafizə etməkdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol