Torpaq Məcəlləsinin tələblərinin pozulmasına görə toplanan cərimələrin bir hissəsi müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsinə yönəldiləcək.
Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında məlumat verilib.
İclasda bildirilib ki, Torpaq Məcəlləsinə təklif edilən yeni dəyişikliyə görə, bu məcəllənin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 25 faizi işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürüləcək.
Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.


Şərhlər
Avropanı istəmirik,Rusiya işğalçılara yardım edir,biz bu ağılla hara gedirik? Cərimələr yüksəlir, maaşlar, müavinətlər, pensiyalar yerində sayır. Məmurlarımız rüşvətxor.büdcə oğurlayanlara,(icra hakimiyyətində rayonlara ayrılan büdcə vəsaitləri oğurlaır.mənimsənilir )yoxsul təbəqənin boğazından kəsilmiş cərimələrin də onlara hədiyyə verilməsi barədə düşünənlərimiz var.Bu dəhşət deyilmi?
DYP-nin sürücülərdən topladığı milyonlarla cərimə pulları......