«AzPolitika.info»-nun xarici KİV-ə istinadla erdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp özünün prezidentlik nailiyyətlərindən danışıb və bu zaman 3 dəfə «Rusiya» kəlməsini təkrar edib.
«Vəzifəmin icrasına başlayan gündən eşitdiklərinizin hamısı demokratların yalançı üzünü təmizə çıxartmasıdır: Rusiya, Rusiya, Rusiya. Buna baxmayaraq, mənim dövrümdə iqtisadi yüksəliş müşahidə olunur. Mən, mümkündür ki, 10 ay ərzində hər-hansı prezidentdən daha çox işlər görmüşəm» - deyə, Tramp öz «Tvitter»ində yazıb.
Amerikalı lider öz xəbərini aşağıdakı şüarla başa vurub: «Amerikanı yenidən böyük edəcəyik».


Şərhlər