Xəbər verdiyimiz kimi bu gün Ukrayna hökuməti ölkənin şərqində elan etdiyi atəşkəs rejiminin bitdiyini bildirib.
Avropa.info-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Ukrayna ordusu hazırda ölkənin şərq hissələrində irihəcmli antiterror əməliyyatlarına başlayıb. Ukrayna ordu birləşmələrinin əməliyyatları nəticəsində çoxlu sayda separatçının öldürüldüyü bildirilir.
Ukrayna mətbuatının verdiyi xəbərə görə, separatçılar ölkənin bir sıra hissələrində ağ bayraq qaldıraraq Rusiyaya getmək üçün Ukrayna hökumətindən dəhliz istəyiblər.
Bir qrup separatçı isə könüllü olaraq Ukrayna tərəfə keçmək istədiyini bildirib.


Şərhlər