Menu

6 bank xüsusi ehtiyatların yaradılmasına vəsait ayırmayıb

29.11.2017, 11:41
6 bank xüsusi ehtiyatların yaradılmasına vəsait ayırmayıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən 31 bankdan 6-sı xüsusi ehtiyatların yaradılmasına vəsait ayırmayıb.

Bunlar Pakistan və İran Milli Banklarının Bakı filialları, "Azər-Türk Bank", "Bank Avrasiya", "Bank BTB" və "Bank VTB Azərbaycan"dır.

Adı çəkilən banklar bundan əvvəl xüsusi ehtiyatlar üzrə ayırdıqları vəsaitlərə müxtəlif məbləğlərdə qənaət ediblər. Bu baxımdan ən yüksək göstərici "Bank VTB Azərbaycan"da (18,416 milyon manat), ən aşağı göstərici isə Pakistan Milli Bankının Bakı filialında (8 min manat) qeydə alınıb.

Qalan 25 bank isə xüsusi ehtiyatların yaradılmasına vəsait ayırıb. Ən yüksək ayırma "Dəmir Bank"da (52,675 milyon manat), ən aşağı ayırma isə "Naxçıvan Bank"da (116 min manat) qeydə alınıb. /"Renkinq"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol