«AzProlitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Reks Tillerson Birləşmiş Ştatlarla Avropa İttifaqı (Aİ) arasında münasibətlərə həsr olunmuş çıxışında bəyan edib ki, Rusiya Federasiyasının (RF) yeritdiyi siyasət müasir dünyada başlıca təhlükələrdən biridir («Amerikanın səsi»).
Onun sözlərinə görə, «keçmiş administrasiyanın Rusiya ilə münasibət qurmaq cəhdləri illüziya oldu», Moskvanın «münasibətlərin yenidən qurulması» siyasətinə cavabı isə Gürcüstana soxulması (avqust, 2008), Krımın ilhaqı və Ukraynanın şərqində hərbi müdaxilə (2014) oldu.
«Birləşmiş Ştatlar və Avropa ölkələri bu təhlükənin qiymətləndirilməsində həmfikirdir» - deyə, Tillerson bildirib və əlavə edib ki, bunun təsdiqi kimi bu faktı önə çəkmək olar ki, bu il ABŞ administrasiyası Avropanın «dayandırmaq təşəbbüsü» çərçivəsində müxtəlif layihələrin reallaşdırılmasına 2016-cı ildəkindən 1,4 milyard dollar artıq vəsait sifariş edib. Ümmilikdə, «Rusiyanı dayandırmağa» yönəldilən tədbirlər 4,8 milyard dollara başa gələcək».
ABŞ dövlət katibi onu da xatırladıb ki, Qərb ölkələri ilə Kreml arasındakı münasibətlərdə başlıca problem əvvəlki kimi, «həll olunmamış Ukrayna böhranıdır».
«Birləşmil Ştatlar anlayır ki, Ukraynadakı müharibə - hər gün insanların öldürüldüyü müharibə qurtarmalıdır. Biz, həmişə Rusiyaya Minsk sazişinin yerinə yetirilməsinin vacibliyini xatırladırıq» - deyə, Tillerson bəyan edib və bildirib ki, Rusiyanın təcavüzünə yeganə mümkün cavab sanksiyalar oldu. Bunu bütün Avropa ölkələri bir nəfər kimi dəstəklədi.
«Moskvaya yönəlik bütün sanksiyalar Rusiya hazırda yeritdiyi siyasətdən əl çəkənə qədər davam edcək» - deyə, Tillerson bildirib.


Şərhlər