Menu

Bakıda yataqxanada yanğın olub

29.11.2017, 20:00
Bakıda yataqxanada yanğın olub

Bakıda yataqxanada yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Xətai rayonunda baş verib.

İkimərtəbəli yataqxananın birinci mərtəbəsinin dəhlizində quraşdırılmış elektrik sayğacı və 2 p.m kabel yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.​

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol