Rusiya prezidenti Vladimir Putin Avrasiya İttifaqının MDB-nin hələ ki, ona üzv olmayan bütün ölkələri üçün açıq olduğunu bildirib. musavat.com-un Rusiya informasiya qaynaqlarına istinadən verdiyi məlumata görə, bunu o, Rusiya diplomatları ilə görüşdə bəyan edib.
“Biz digər ölkələr üçün də açığıq. Qonşularla qarşılıqlı iqtisadi əməkdaşlığın inkişafı, dost əlaqələrin daha da möhkəmləndirilməsi – Rusiyanın xarici siyasətinin uzunmüddətli perspektivə hesablanmış əsas, strateji istiqamətidir. Avrasiya məkanında iqtisadi inkişafın güclü, biznes və sərmayəçilər üçün cəlbedici mərkəzi yaradılır, ümumi bazar formalaşdırılır”, - deyə Kreml başçısı vurğulayıb.
Putin tezliklə Ermənistanın da yeni quruma üzv olacağını, Qırğızıstanla danışıqların isə “irəliləmə mərhələsində” olduğunu bildirib.


Şərhlər