Türkiyə müxalifətinin prezidentliyə əsas namizədi Ekmələddin İhsanoğlu baş nazir Rəcəb Tayyib Ərdoğanın ona rəqib olmasından danışıb.
ANS PRESS-in məlumatına görə, Ekmələddin İhsanoğlu Ərdoğana uğurlar arzu edib.
"Xeyirli uğurlu olmasını arzu edirəm. Bu seçkinin çox mədəni və demokrat şəkildə keçməsini istəyirəm. Türkiyə öz seçimini etməlidir".
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan bu gün hakim Ədalət və İnkişaf Partiyası tərəfindən prezidentliyə namizəd göstərilib.


Şərhlər