"Adını müxalifət qoymusansa, hakimiyyət uğrunda mübarizə aparmalısan."
"AzPolitika"nın məlumatına görə, bunu Milli Məclisin deputatı Vahid Əhmədov “Report”a müsahibəsində "müxalifətin durumu, yürütdüyü siyasət sizi qane edirmi?" sualına cavab verərkən bildirib:
"Müxalifətlə də münasibətim var. Ümumiyyətlə isə onların apardığı siyasəti başa düşmürəm. Düzdür, müəyyən təzyiqlər, basqılar olub, amma müxalifət də mübarizə aparmalıdır. Adını müxalifət qoymusansa, hakimiyyət uğrunda mübarizə aparmalısan. Azərbaycan müxalifəti çox zəifdir. Diqqət edin, Milli Məclisdə 80-ə yaxın deputat hakim Yeni Azərbaycan Partiyasını təmsil edir, 5-6 nəfər var ki, özlərini müxalifət hesab edirlər. Amma açığı, mən onları müxalifət saymıram. Düzdür, savadlı insanlardır, onlar da bəzi məsələləri başa düşürlər."


Şərhlər
Milli Məclisdə müxalifət var? Hansı Milli Məclisdə olan,özünü müxalifət adlandıran deputat millət içərisinə çıxıb,hər hansı məsələyə qarşı yürüş, mitnq təşkil edib? Onlarn partiya adlandırdıqları "qurumda" millətin sayı nə qədərdir və haçan səslərini eşidən olub?
"...onlar da bezi meseleleri başa düşürler" .? Bu sözler "...onlar da yemek isteyirler " anlamına gelir ?
MM-də özlərini müxalifət hesab edənlər əl və cib müxalifətidirlər.Qaldı Azərbaycanda guya əsl müxalifətin zəif olmasına, bu düzgün yanaşma deyil.Mən bü yaxında bilmışəm ki, Rusiyada iki aydan bir həbs olunan Navalnının mənsub olduğu partiyaya dövlət tərəfindən müəyyən qədər vəsait ayrılır.Türkiyədə ana müxalifət hesab olunan CXP-yə də dövlət pul ayirir.Bizdə isə az qala müxalifətçiləri yolda tutub ciblərini yoxlayılar. Dövlət kömək etməsin xaricdən də gələn vəsaiti qadağan etsin. Daha müxalifət neyləsin?