«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya nüvə-raket sınaqlarını dayandırmaq üçün Koreya Xalq Demokratik Respublikasına (KXDR) çağırış edib.
Eyni zamanda, Moskvanın fikrincə, ABŞ və Cənubi Koreya Respublikası (CKR) dekabrda keçirilməsi planlaşdırılan geniş miqyaslı hərbi təlimləri ləğv etməlidirlər. Bu bəyanatla Birləşmiş Millətlər Təşkilatı Təhlkəsizlik Şurasının (BMT TŞ) iclasında Rusiyanın daimi nümayəndəsi Vasili Nebenzya çıxış edib.
O, qarşıdurmaya cəlb olunmuş tərəfləri təmkinli olmağa və bir-birini qıcıqlandırmamağa çağırıb.


Şərhlər