«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Reks Tillerson öz postundan getməyə hazırlaşır. Onu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Maykl Pompeo əvəzləyə bilər.
«Nyu-York Tayms» qəzetinin məlumatına görə, bu, bir neçə həftədən sonra baş verəcək.
Bundan əvvəl Amerika KİV-i Ağ Ev daxilində parçalanmanın baş verdiyi barədə xəbər yaymışdılar. Amma ABŞ Prezidenti Donald Tramp və dövlət katibi Reks Tillerson bunu inkar edirlər.


Şərhlər
Bes eclaf putin ve lavrov ne vaxt gedecekler qarabagımda azad olacaq