Menu

İRAN ŞOKDA - 250 əsgər öldürüldü

30.11.2017, 23:56
İRAN ŞOKDA - 250 əsgər öldürüldü

İran tərəfindən dəstəklənən və müxtəlif millətlərin nümayəndələrindən ibarət “Nemr” şiə qruplaşmasının Suriyada İŞİD-lə silahlı atışmalarda ağır itkilər verdiyi bildirlib.

Axar.az xəbər verir ki, Deyr əz-Zor vilayəti yaxınlığında, Aşara mahalında tərəflərin qarşıdurması nəticəsində “Nemr” qruplaşmasının 250-dən çox üzvü öldürlüb. Onların arasında sahə komandiri Suheyl əl Həsənin də olduğu açıqlanıb. 280-dən çox döyüşçü də yaralanıb.

Qeyd edək ki, sözügedən qruplaşmanın sadəcə 600 üzvünün olduğu deyilir. Belə olan halda, hazırda döyüşə bilən yalnız 70 döyüşçü qalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol