Menu

"Dağlıq Qarabağ problemi bütün sessiyalarda müzakirə olunur"

01.12.2017, 10:10
"Dağlıq Qarabağ problemi bütün sessiyalarda müzakirə olunur"

"Hər dəfə yeni təşəbbüslərlə çıxış edirik. Vyanada keçiriləcək qış sessiyasına ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin səfirlərini dəvət etməyi planlaşdırdıq. Bu məsələ indi müzakirə olunur".

Bunu "Report"un Rusiya bürosuna Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ problemi ATƏT PA-nın bütün sessiyalarında müzakirə olunur və onlar hər dəfə bu məsələni gündəmdə saxlayırlar.

A.Quliyev həmçinin 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərinə ATƏT PA-nın müşahidəçilərinin dəvət edilməsinin mümkünlüyünü bildirib.

"Bu barədə danışmaq hələ tezdir, lakin belə bir imkanı nəzərdən keçirilir", - parlament üzvü əlavə edib.

Şərhlər

Zəngilanlı Bəhruz 2017-12-01 10:10:43

Qarabağ marağı qalmayıb və siyasi həllə şərhlər yoxdur? Daşnaqlar da daxili və tərəfdaşları da öz paylarını alıblar. 25 il Yurdsuz qalan artıq iki milyon azərbaycanlı ailələridir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol