Menu

Gələn il üçün ehtiyac meyarı 130 manata çatdırılıb - Prezidentin tapşırığı ilə

01.12.2017, 16:42
Gələn il üçün ehtiyac meyarı 130 manata çatdırılıb - Prezidentin tapşırığı ilə

"Prezidenti İlham Əliyev tərəfindən ehtiyac meyarının həddi haqqında" qanun layihəsinə düzəliş edilib. Düzəlişə əsasən gələn il üçün ehtiyac meyarı 130 manata çatdırılıb".

"APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, prezidentin tapşırığına əsasən, gələn il üçün Azərbaycanda ehtiyac meyarı 14 manat və ya 12% artırılaraq 130 manata çatdırılıb: "Ehtiyac meyarının artırılması cənab prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsinə diqqətinin artırılmasını sübut edir. Artımla əlaqədar maliyyə təminatının formalaşdırılması üçün qanun layihəsində dəyişikliklərin edilməsi zərurəti yaranıb".

Şərhlər

ali 2017-12-01 16:42:21

Əri döymüş arvadı, it də tutdu bir yandan.Debil millət də elə bilir ki manat 200 faizdən cox əriyib, ölüb yerə girəndən sonra hökumətin qiryətə gəlib ehtiyac meyarini 12 faiz qaldıranda onun yeyib içməkdən cirilacaq.

İqtisadi ekspert 2017-12-01 16:42:21

Cəmiyyətdə çatmayan öncə hüquqi və iqtisadi terminlərdir. Hamı eyni dildə danışmalıdır. Ehtiyac meyarını hər il(rüb daha yaxşı) Sosial MN, HK və FHN müəyyən edib Baş nazirlə müqavilə bağlayır. Prezident də onu təsdiqləyə bilər. 2 ildə manatın dəyəri 2,23 aşağı enib, indi stabil dövrdən 2,17 dəfə aşağıdır. Keçən (13,95%) və bu ilki (12%) inflyasiya kompensasiyaları 1,9 dəfə kəsirdə qalır. Faktı öz adı və dəqiq rəqəmlə ifadə ermək lazımdır.

patriot 2017-12-01 16:42:21

NE GÜZEL,HARIKA.

AZƏR 2017-12-01 16:42:21

GƏLİR VERGİSİ DƏ 14 -DƏN 12FAİZƏ ENSƏ YAXŞI OLARDI

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol